“Keyfiyyətli baxım məhsullarını sərfəli qiymətə ala bilərikmi?” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 21 fevral saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Keyfiyyətli baxım məhsullarını sərfəli qiymətə ala bilərikmi?”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “Veysəloğlu-Rossmann” şirkətinin rəhbəri Aydan İsmayılova olacaq. Digər qonaq qismində isə həkim-dermatoveneroloq Afaq Məcidova iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.