- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Veysəloğlu Şirkətlər Qrupu “Agro Business Forum Azerbaijan–2023” tədbirini dəstəkləyib. 2 gün davam edən tədbirin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların satış imkanlarının artırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, Azərbaycan və digər ölkələrdəki kiçik və orta biznes subyekləri arasında əməkdaşlığın genişləndirilməsi və məhsuldarlığın artırılması üçün şəbəkələşmənin qurulması olub.
Tədbir sərgi, forum, B2B, B2C və B2G görüşlərdən ibarət olub. Veysəloğlu Şirkətlər Qrupuna məxsus sərgi stendi tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Forumda Şirkətlər Qrupunda meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan “Meyvəçilik sahəsində hazırkı vəziyyət və gələcək perspektivlər” panelində iştirakçısı olaraq çıxış edib.
Veysəloğlu Şirkətlər Qrupu artıq 2 ildir ki, meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirir. Beləliklə, 120 fermer məhsulunu daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə edib. Hazırda Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında müştərilərin ağız dadına uyğun yerli məhsullar mümkün münasib qiymətə təqdim edilir. Veysəloğlu Şirkətlər Qrupu eyni zamanda məhsul əkininin effektiv planlaşdırılması, məhsulların düzgün qablaşdırılması və doğru şəraitdə daşınması ilə fermerlərə dəstək olur.
“Agro Business
Forum Azerbaijan–2023” tədbiri Türkiyə Cumhuriyyəti Tarım və Orman Nazirliyinin
tərəfdaşlığı, “AGRO TV Azərbaycan” və Kiçik və Orta Biznes Subyektləri və
Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilib. Veysəloğlu
Şirkətlər Qrupu da bu tədbirin əsas dəstəkçilərindən biri olub.
Tədbirdə Azərbaycan, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan,
Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrinin nümayəndələri və 100-dən
çox Türkiyəli iş adamı iştirak edib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.