Veysəloğlu Şirkətlər Qrupu Caspian Energy Club-a üzv oldu

Veysəloğlu Şirkətlər Qrupu Caspian Energy Club-a üzv olub. Veysəloğlu Şirkətlər Qrupu adından Biznesə Dəstək direktoru Anar Cümşüdov  Caspian Energy Club tərəfindən təşkil edilən B2C forumunda iştirak edib və  “Qızıl üzvlük” sertifikatını qəbul edib. Caspian Energy Club dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirən regional təşkilatdır. Qeyd edək ki, Şirkətlər Qrupumuz bundan əlavə, AmCham (Azərbaycanda Amerika Ticarət Palatası), AHK (Alman-Azərbaycan Xarici Ticarət Palatası), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, ASK (Azərbaycan Sənaye Korporasiyası) kimi təşkilatların üzvüdür.